Dünya

Zaxarovadan Bakı və İrəvana çağırış: “Bütün məhbusları azad edin“

Zaxarovadan Bakı və İrəvana çağırış: “Bütün məhbusları azad edin“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva Bakı və İrəvanı məhbusları “hamını hamıya” prinsipi ilə qaytarmağa çağırır”.

7Times.az  xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib: “Vurğulamaq istərdim ki, Rusiya bu xarakterli humanitar problemlər ətrafında heç bir geosiyasi və digər oyunları sevmir. Moskva ardıcıl olaraq Bakı və İrəvanı bu məsələni nəhayət bağlamağa – “hamını hamıya” düsturuna əsasən məhbusları geri qaytarmağa çağırır”.

Zaxarova, həmçinin qeyd edib ki, 2020-ci ilin payızında silahlı qarşıdurma başa çatdıqdan sonra Rusiyanın birbaşa yardımı ilə ümumilikdə 147 məhbus geri qaytarılıb: 128-i Ermənistan tərəfinə, 19-u Azərbaycan tərəfinə.