Dünya

Baydenin “Armageddon” açıqlamasına dünya liderlərindən REAKSİYALAR

Baydenin “Armageddon” açıqlamasına dünya liderlərindən REAKSİYALARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin “Armageddon” açıqlaması bütün dünyada soyuq duş effekti yaradıb.

Sfera.az bildirir ki, məlumata görə, Bayden xəbərdarlığını hazırlanmış mətndən oxumayıb. O cümlədən, bu çıxış televiziyada da yayımlanmayıb. ABŞ rəsmiləri isə Ağ Ev rəhbərinin sözlərini gücləndirən yeni kəşfiyyat məlumatlarının olmadığını vurğulayıb, buna baxmayaraq açıqlama ciddi müzakirələrə səbəb olub.

Ağ Evin sözçüsü Karine Jean-Pierre mövzu ilə bağlı danışarkən “Rusiyanın tezliklə nüvə silahından istifadə edəcəyinə dair heç bir işarə yoxdur. Gərginliyi azaltmaq Putindən asılıdır”, deyə söyləyib.

Baydenin nüvə xəbərdarlığına cavab verən ilk dünya liderlərindən biri isə Fransa prezidenti Emmanuel Makron olub. O, ABŞ prezidentinə “Bu cür məsələlərə münasibət bildirərkən sağlam düşüncədən istifadə etməliyik”, deyə xəbərdarlıq edib.

Finlandiyanın baş naziri Sanna Marin isə Baydenin çıxışından danışarkən “Bu münaqişədən çıxış yolu Rusiyanın Ukraynanı tərk etməsidir”, bildirib.

Xatırladaq ki, Co Bayden ötən çıxışı zamanı “Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “Armageddon”la (dini mənbələrdə dünyanın sonu gəldiyi zaman baş verəcəyi proqnozlaşdırılan böyük “Qiyamət” müharibəsinin adıdır) üzləşə bilər. Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı quruda yeni qələbələr əldə etdikcə, Putinin buna necə cavab verəcəyini diqqətlə izləyirik. O, taktiki nüvə, bioloji və ya kimyəvi silahlardan istifadə haqqında danışarkən zarafat etmir, çünki ordusu görünən dərəcədə aşağı performans göstərir. Buna görə də Putinə qarşı çıxış yolu tapmağa çalışırıq”, demişdi.