Dünya

Ərdoğanla Putin arasında telefon danışığı – Praqa görüşündən sonra…

Ərdoğanla Putin arasında telefon danışığı – Praqa görüşündən sonra…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı liderlər iki ölkə arasındakı münasibətlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsinə dair məsələləri də müzakirə ediblər. Danışığın Praqa görüşündən sonra baş tutması maraq obyektinə çevrilib.

Sözügedən tefelon danışığının pərdəarxasında nələr var?

7Times.az -ın məlumatına görə, bununla bağlı danışan politoloq Elxan Şükürlü deyib ki, danışıq Putinin 70 illik yubileyi səbəbindən baş tutsa da, NATO üzvü Türkiyənin rəhbərinin alyansla savaşan və təcrid edilən Rusiya rəhbərini təbrik etməsi cəsarət nümunəsidir:

“Prezident Ərdoğanın açıqlamlarından məlum olur ki, hər iki dövlət başçısı çox yaxın günlərdə yenidən üz-üzə görüşməyə razılaşıblar. Qərb platformasında – Praqa sammitində Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi üçün keçirilən ikitərəfli və dörddərəfli görüşlərdən sonra regionda əsas söz sahibi olan Ərdoğan və Putinin yenidən bir araya gəlməsi isə bizim üçün çox önəmlidir. Bu, indiyədək bütün tərəflərin iştirakıyla əldə edilən razılaşmaların həyata keçirilməsi yönündə daha bir əhəmiyyətli addım olacaq”.

Ekspert sözügedən telefon danışığı fonunda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi məsələsinə də toxunub:

 

“Görünür, qarşıdakı 2 ay ərzində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Türkiyə, Rusiya və Azərbaycan rəhbərliyi bütün maneələrin aradan qaldırılmasına qərar veriblər”.