Krım körpüsünün partladılması ilə bağlı Ukraynadan ilk açıqlama gəlib.
7Times.az bildirir ki, Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak “Twitter” hesabından paylaşım edib. O, hadisə ilə bağlı bunları qeyd edib:
“Krım körpüsünün partlaması başlanğıcdır. Qanunsuz olan hər şey məhv olunmalı, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, Rusiya tərəfindən işğal olunmuş hər şey xaric edilməlidir”.
Beləliklə, partlayışdan sonra bunun kim tərəfindən edilməsi ilə bağlı ortaya çıxan sual işarələri aradan qalxıb. Lakin Ukrayna tərəfi rəsmi olaraq hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Krım körpüsündə yük qatarında yanacaq çəni partlayıb. Nəticədə körpüdə hərəkət dayandırılıb. Rusiya Prezidenti Vladimir Putin isə Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Follow @7timesaz