Dünya

Yaponiya qlobal reytinqdə kəskin geriləyib

Yaponiya qlobal reytinqdə kəskin geriləyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə dünyanın 63 iqtisadiyyatı arasında qlobal rəqəmsal rəqabət qabiliyyətinə görə 29-cu yeri tutan Yaponiya rekord səviyyədə geriləyib.

IMD Qlobal Rəqabət Qabiliyyətlilik Mərkəzinin məlumatına görə, şərq ölkəsi ixtisaslı rəqəmsal işçi çatışmazlığı ilə mübarizə aparır.

İsveçrə institutunun direktoru Arturo Bris bildirib ki, bu reytinq şirkətlərin rəqəmsal transformasiyasının və vətəndaşlar tərəfindən rəqəmsal təcrübələrin mənimsənilməsinin izahında milli amillərin əhəmiyyətini göstərir.

Qeyd edə ki, illik hesabatına əsasən, Danimarka ilk dəfə olaraq əvvəlki illə müqayisədə üç pillə irəliləyərək birinci yeri tutub, ABŞ və İsveç isə sonrakı yerləri bölüşüb.