İran rejiminin liderləri xalq etirazlarının hədəfinə çevrilib…
“Azad yaşamaq istəyən qadınları və qızları küçələrdə döyən, oğurlayanlar tarixin əks tərəfindədir…”
“ABŞ və İsrail İranın təhlükəsizliyini sarsıtmaq istəyir…”
“Güc strukturlarının nümayəndələri məktəblərə soxularaq qızları döyüb həbs edir…”
İranda Məhsə Amininin həlak olması ilə başlanan iğtişaşalar davam edir. Hakimiyyət əleyhinə etizazlar yeni səviyyəyə qalxıb. Xalqın nifrəti açıq şəkildə rejim liderlərinə qarşı çevrilir.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, bu günlər İran prezidenti İbrahim Rəisi Tehranda mühafizəkar hesab edilən əz-Zəhra qadın universitetini ziyarət edib. Bu ziyarət etirazçıların güc strukturkarı ilə toqquşması fonunda hakimiyyətlə xalqın birliyini nümayış etdirməli idi.
Rəisi qadınlar tərəfindən dəstəyə ümid edib. Bu, rejim üçün çox vacibdir, çünki iranlı qadınların başlarından çıxarıb atdıqları hicablar etirazın rəmzinə çevrilib.
Lakin heç də hər şey prezidentin planlaşdırdığı kimi alınmayıb. Rəisi öz çıxışında etirazçıları “zəhlətökən milçəklər” adlandırıb. Bu, publikanın qəzəbinə səbəb olub. “Rəisi, cəhənnəm ol” şüarları səsləndirilib. Bir qədər sonra süarçılar ayətüllahları da cəhənnəmə göndərib.
Dünən hakerlər ölkənin ali dini rəhbəri Əli Xameneinin televiziya ilə çıxışını əngəlləyib. Ekranda Xameneinin başında hədəf nişanı fotosu olan slayd görünüb. Fotoda
“Əlləriniz gəncliyin qanına batıb” sözləri, Məhsə Amini və həlak olan daha üç qızın fotosu olub.
Özlərini “Əli ədaləti” adlandıran hakerlər qrupu tamaşaçıları bütün İran boyu etirazçılara qoşulmağa çağırış edib.
İranda iğtişaşlar üç həftədən artıqdır ki, davam edir. İran hökuməti iddia edir ki, nümayişlər düşmən dövlətlər olan ABŞ və İsrailin qəsdinin bir hissəsidir. Məqsəd ölkənin təhlükəsizliyini sarsıtmaqdır.
Məlumatlara görə, iğtişaşlarda güc strukturlarının ən azı 20 nümayəndəsi həlak olub. Hüquq-müdafiə təşkilatları rejim əleyhdarlarından ən azı 185 nəfərin, o cümlədən 20-ə yaxın uşaq və yenuyetmənin qətlə yetirildiyi barədə məlumat verib.
Bir çox regionlarda hakimiyyət bütün məktəbləri və ali təhsil müəssisələrini bağlayıb. Onlarla şəhərlərdə güc strukturları nümayəndələrinin məktəblilərin arxasınca qaçdığını göstərən videolar sosial şəbəkələrdə yayılıb. Onlar məktəblərə soxularaq, elə oradaca qızları döyüb həbs edir.
İran müxalifətinin məlumatına görə, etiraz nümayişlərin yatırılması üçün hakimiyyət dəyənəklərdən, gözyaşardıcı qazladan və odlu silahdan istifadə edir. İran hakimiyyəti odlu silah işlədilməsi faktını inkar edir.
İran prezidentinin bu gün təhlükəsizlik orqanları rəhbərləri ilə görüşündə etitazçılara təzyiqin artırılması qərara alınıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, Avropa tərəfindən İranda etirazların yatırılmasına cavabdeh olanların ölkəyə girişinə qadağa qoyulmasına nail olmaq niyyətindədir. “Bild and Sonntag” qəzetinə müsahibəsində o, deyib ki, Avropa İttifaqı onların Avropa aktivlərini donduracaq.
“Azad yaşamaq istəyən qadınları və qızları küçələrdə döyən, oğurlayanlar…tarixin əks tərəfindədir”, – o, bəyan edib.
Oxşar təkliflə Fransanın xarici işlər naziri Katrin Kolonna çıxış edib. O, deyib ki, Avropa İttifaqı “yüksək vəzifəli məmurları hədəfləməli və onları hərəkətlərinə görə məsuliyyətə cəlb etməlidir. Təklif edilən sanksiyalara “onların aktivlərinin və xaricə səfərlər etmək hüququnun dondurulması” daxildir.
İranda evlərdə, məktəblərdə və ofislərdə ölkənin iki ali dini rəhbəri-ayətüllah Xomeyni və ayətüllah Xameneinin portretləri çıxarılıb atılır.
Follow @7timesaz