“Birinci epizod oynanılıb…”
“Ukrayna dövləti özünün nasist siyasi rejimi ilə Rusiyaya daima birbaşa və açıq-aydın təhlükə törədəcək…”
“Məqsədimiz Ukraynadakı siyasi rejimin tamamilə demontaj edilməsi olmalıdır…”
Rusiyanın sabiq prezidenti, hazırda Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin Ukraynada “xüsusi əməliyyat” başlanandan öz “Telegram-kanal”ında müharibə ilə bağlı hadisələri kəskin və kobud formada şərh etməsi bəllidir.
Son hadisələrlə əlaqədar bu gün o, bəyan edib ki, “birinci epizod oynanılıb”.
Bunun nə demək olduğunu yalnız güman etmək olar.
Ola bilsin ki, bu, Ukraynanın dinc sakinlərinə və mülki infrastrukturuna yeni hücumların anonsu və ya hazırlanan və çoxdan vəd edilən nüvə zərbəsi barədə xəbərdarlıqdır.
Medvedevin yeni postu buna aydınlıq gətirməsə də, müəllifin şəxsi mövqeyidir.
“Bu barədə indi xatırlamaya bilmərəm. Ukrayna dövləti indiki konfiqurasiyasında nasist siyasi rejimi ilə Rusiyaya daimi birbaşa və açıq-aydın təhlükə törədəcək”, – Medvedev bunu Ukrayna şəhərlərinə raket zərbələrindən və nəticədə dinc sakinlərin həlak olması və mülki infrastrukturun dağılmasınsan sonra yazıb.
Medvedevin fikrincə, indi
“insanlarımızın müdafiəsi və sərhədlərimizin mühafizəsi üçün gələcək fəaliyyətimizin məqsədi Ukraynadakı siyasi rejimin tamamilə demontaj edilməsi olmalıdır”.
Bu ərəfədə Medvedev jurnalist Nadana Fridrixsonla söhbətində bəyan edib ki, Krım körpüsündə törədilən partlayış “terror aktı və diversiyadır”.
Bununla əlaqədar olaraq o, “terrorçuları birbaşa məhv etməyə” şağırış edib.
Follow @7timesaz