Dünya

Ukraynaya buna da etdilər: “Yardım fəaliyyətləri əngəllənir”

Ukraynaya buna da etdilər: “Yardım fəaliyyətləri əngəllənir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın hərbi əməliyyatları başlatmasından bu günə qədər Ukrayna əhalisinin üçdə birinin ölkəni tərk etdiyini açıqlayıb.

7Times.az BMT-nin yaydığı məlumata istinadən xəbər verir ki, çox sayda qadın, uşaq, qoca və əlil qaçqın son dərəcə həssas vəziyyətdədir.

Açıqlamaya görə, qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir və uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir.

“Rusiyanın hücumları Ukraynadakı humanitar yardım fəaliyyətlərinə mane olur. BMT-nin tərkibində olan təşkilatlar humanitar yardıma ehtiyacı olan bölgələrə yardım çatdıra bilmirlər.” – deyə BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi qeyd edib.

Qeyd edək ki, Ukraynanın əhalisinin sayı 41 167 336 nəfərdir.Lent.az