Ukrayna savaşı fonunda “SpaceX” və “Tesla CEO”su İlon Mask hada daha bir diqqətçəkən iddia ortaya atılıb.
Politoloq Yan Bremmer Maskın Putinlə görüşdüyünü və Rusiya liderinin qırmızı xətlərini öyrəndiyini açıqlayıb. “HuffPost”un məlumatına əsasən, Bremmer qeyd edib ki, Putin iş adamına müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Ukraynadakı münaqişə ilə bağlı danışıqlara hazır olduğunu deyib. Politoloqun sözlərinə görə, Putinin qırmızı xətləri belədir:
1) Krım Rusiyanın nəzarətində qalacaq.
2) Ukrayna daimi neytrallıq sazişi bağlayacaq.
3) Kiyev Ukraynanın şərqindəki Luqansk, Donetsk, Xerson və Zaporojiyanın ilhaqını qəbul edəcək.
Mask isə Putinlə görüşdüyü iddiaları ilə bağlı yayılan məlumatlardan sonra susqunluğunu pozub. Milyarder iş adamı bu iddianı təkzib edərək, “Mən Putinlə cəmi bir dəfə görüşmüşəm, bu, təxminən 18 ay əvvəl olub. Mövzumuz isə kosmos idi”, deyə söyləyib.
Follow @7timesaz