Manşet

“Bandotdel” Bakıda kriminal aləmin “sxodka”sına basqın etdi – 100-ə yaxın həbs edilən var

“Bandotdel” Bakıda kriminal aləmin “sxodka”sına basqın etdi – 100-ə yaxın həbs edilən varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda gecə saatlarında restoranların birində kriminal aləmin nümayəndələrinin toplantısı keçirilib.

7times.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib.

Əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Məsələ ilə əlaqədar DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “report”un sorğusuna cavab olaraq bildirib ki, əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.