“Üçüncü plastik əməliyyata hazırlaşıram. Əməliyyat isə “kök hüceyrə” olacaq”.
7Times.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Nahara az qala” mətbəx şousunda deyib.
Bıçaq altına girəcəyini açıqlayan sənətçi çanağını yonduracağını söyləyib:
Oynaqlarıma görə diz qapaqlarımda “kök hüceyrə” əməliyyatı olacaq. Tədbirlər başlayıb deyə, fiziki olaraq çatdıra bilmirəm.
Əməliyyat yolu ilə bədən ölçülərim hardasa 2-3 dəfə balacalaşacaq. Hamı düşünür ki, bədənşəkilləndirmə əməliyyatı keçirmişəm. Amma bu səhv fikirdir. Sadəcə mənim çanağımın forması belədir. Çanağımı yonduracağam. Görüm bundan sonra mənə nə deyəcəklər”.