Aktual

Partladılan Krım körpüsü rublu da “sulara qərq etdi”  Gələn il vəziyyət necə olacaq?

Partladılan Krım körpüsü rublu da “sulara qərq etdi” – Gələn il vəziyyət necə olacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya milli valyutası son 10 gündə yenidən ucuzlaşır. 

7Times.az  xəbər verir ki, bir dollar 57,5 rubldan 64 rubla yüksəlib. Rubl yalnız son 10 gündə 11 faiz dəyər itirib.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov rublun ucuzlaşmasını Avropa İttifaqının 8-ci sanksiyalar paketini təsdiq etməsi və Krım körpüsünün partladılmasından sonra Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyması ilə əlaqələndirir.

“Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi bir qədər də artırıb”, – deyən V.Bayramov hesab edir ki, Rusiya Mərkəzi Bankının müdaxiləsi olmasa rubl daha da ucuzlaşacaq:

“Aydındır ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterlizasiya metodları ilə müəyyənləşsə də, bazardakı tələb və təklif də təsirsiz deyil. Rusiyada ölkədən valyuta çıxarışı məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edirdi. Eyni zamanda, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən, böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb”.

Millət vəkili gələn il rublun bir qədər də ucuzlaşacağını gözləyir:

“Rublun son dəyərsizləşmələri ilə yanaşı, Rusiya valyutasının dollara nisbətən gələn ildən daha çox ucuzlaşması gözləntiləri yüksəkdir. Biznes yeni bazarlar, rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və tursit səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə dollara tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək. Deməli, sanksiyaların genişlənməsi fonunda rublu heç də yaxşı günlər gözləmir”.

Sfera.az