Estoniya Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.
“Report” xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaja Kallas tviterdə yazıb.
O bildirib ki, hərbi yardım paketinə xüsusilə qış üçün nəzərdə tutulmuş avadanlıqlar, sursatlar daxildir.
Nazir dünya ölkələrini Ukraynaya dəstək olmağa çağırıb.
Follow @7timesaz