İdman

AFFA dörd klubu cəzalandırdı

AFFA dörd klubu cəzalandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi “Qəbələ”, “Neftçi”, “Turan Tovuz” və “Şamaxı”nı cəzalandırıb

 

7Times.az –ın məlumatına görə, “qırmızı-qaralar” evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyununda azarkeşlərin meydançaya yad əşyalar atması səbəbindən 1 600 manat cərimələnib. Əyalət təmsilçisi müdafiəçisi İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün daha 1 600 manat ziyana düşüb.

“Neftçi” evdə “Turan Tovuz”la qolsuz heç-heçə etdiyi görüşdə azarkeşlərinin analoji davranışına görə 1 600 manat cərimə ödəyəcək. Qonaq komanda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

 

“Şamaxı” isə səfərdə “Zirə”yə 0:1 hesabı ilə məğlub olduğu oyunda futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbindən 3 000 manat cərimələnib.