Dünya

Ermənistan prezidentindən acı etiraf: “İstəklərimiz təmin olunmayacaq, geosiyasi vəziyyət dəyişib”

Ermənistan prezidentindən acı etiraf: “İstəklərimiz təmin olunmayacaq, geosiyasi vəziyyət dəyişib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ məsələsi ilə bağlı qərarlar Ermənistan tərəfinin istəklərini təmin etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib”.

7Times.az  “Interfax”a istinadla xəbər verir ki, bunu Ermənistan prezidenti Vahan Xaçaturyan bildirib.

O deyib: “Həqiqətən, çətin dövrdür. İndi hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən isə realizm tələb olunur ki, düzgün qərarlar qəbul edək”

Xaçaturyanın sözlərinə görə, qərar çətin olacaq:

“Əksər hallarda onlar istəklərimizi təmin etməyəcək, lakin istəklərimizdən imtina etdiyimizə görə yox. Geosiyasi və regional vəziyyət dəyişib və bunu dəyərləndirməyə bilmirik. Hər şey çox sürətlə dəyişir”.