Dünya

Türkiyədəki mədəndə baş vermiş partlayışın ilkin səbəbi məlum olub

Türkiyədəki mədəndə baş vermiş partlayışın ilkin səbəbi məlum olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mədəndə metan qazının yayılması partlayışla nəticələnib”.

“Report” “TRT Haber”ə istinadən xəbər verib ki, bu barədə enerji və təbii sərvətlər nazirliyi Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, havanın müəyyən miqdarda metan qazı ilə qarışığı partlayış effekti yaradır:

“Əvvəlcə zəhərli maddə yaranır. Həmin maddə müəyyən bir sıxlığa çatdıqda isə partlayıcıya çevrilir”.

Nazirin sözlərinə görə, partlayış üçün minimum 12 faiz oksigen tələb olunur.