Ukraynada münaqişəni dayandırmaq və danışıqlara qayıtmaq lazımdır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın NBC televiziyasına müsahibəsində deyib.
Aleksandr Lukaşenko bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə danışıqlar aparmaq qadağan edilib: “Kim edib? Üç dəfədən tapın görün kim edib? O, müstəqil deyil. Bu gün feyk məlumatlar yayır. Bir-birini günahlandırmaq. Bu, o yol deyil. Hər gün minlərlə insan, o cümlədən mülki, heç bir günahı olmayan insanlar həlak olur. Bu həqiqətdir. Ona görə də gəlin münaqişəni dayandıraq”.
Follow @7timesaz