“Ümumiyyətlə, Ermənistanı ermənisizləşdirməyə cəmi 2 həftə lazım olacaq”.
7Times.az xəbər verir ki, bu barədə politoloq və media eksperti Karen Vrtanesyan Facebook səhifəsində yazıb. O bildirib ki, heç bir azərbaycanlının erməni pasportuna 150 min dollar verəcəyinə inanmır, çünki tezliklə erməni dövlətinin olmayacağına əmindir.
“Müxtəlif müxalifət ekspertlərindən tez-tez belə bir ssenari eşidirəm ki, türklər və azərbaycanlılar Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və beynəlxalq hüquqa hörmət edərək, hansısa mədəni vasitələrlə Ermənistanı zəbt etməyə çalışacaqlar. Bu prosesi onilliklər boyu uzadırlar.
Tutaq ki: “Yüz milyonlarla sərmayə qoyub iqtisadiyyatımızı ələ keçirəcəklər” və ya “Minlər Ermənistanda yaşamağa gələcək, sürətlə çoxalacaq və 40-50 ildən sonra parlamentdə çoxluq təşkil edəcək” və s.
Daha realist, sürətli və fəlakətli ssenarilərin niyə nəzərə alınmadığını bilmirəm.
Bütövlükdə Ermənistanı ermənilərdən təmizləmək üçün cəmi 2 həftə vaxt lazımdır. Heç bir türk, xüsusən də azərbaycanlı müqavimət olmadığına əmun olsa, heç bir beynəlxalq hüquq normaları ilə məhdudlaşmayacaq.
Ermənistan Əliyev və Ərdoğanın maraqlarına xidmət edən Nikol rejimi tərəfindən işğal edilsə də, onların etimadı tamamilə əsassız deyil”, – erməni politoloq yazıb.
KONKRET.az
Follow @7timesaz