Aparıcı-aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovun onu təhdid etdiyi səsli qeydini yayıb.
7Times.az xəbər verir ki, Sərxan Kərəmoğlu İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib :
“Əmiraslanov Fazil İsmayıl oğlunun mənə göndərdiyi səs yazısını paylaşıram. Bütün xanımlardan, analarımdan, bacılarımdan, qızlarımdan acizanə sürətdə xahiş edirəm, üzüm ayağınızın altında, məni düzgün başa düşün, heç kimə heç nəyi sübut edə bilmirəm. Bu kişi hamıya deyib ki, Sərxan məni söyüb. Söyüşlərimi ortaya qoysun. Mən isə onun söyüşlərini təqdim edirəm. Xanımlar, siz baxmayım. Mən hamıya onun səsini göndərəsi deyiləm. Allah sizdən razı olsun”.
İş adamı Fazil Əmirslanov Sərxan Kərəmoğluna ünvanladığı səsli qeyddə qeyri-etik ifadə işlətməklə bu sözləri deyib: “Sənin bəxtin gətirdi ki, ayın 16-da Daşkəndə gedirəm. Oradan Moskvaya gələcəm. Dayan! Sənin isti yuvanı darmadağın edəcəm. Payını almalısan”.
Qeyd edək ki, Sərxan Kərəmoğlu “MTV maqazin” verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırıb. O, eyni zamanda Rəqsanə İsmayılovanın heç bir sözünə güvənmədiyini deyib.Teleqraf.com