“Milan” futbolçusu Rafael Leao ilə yeni müqavilə bağlayacaq.
Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi müqavilənin yenilənməsi ilə bağlı 23 yaşlı forvardın atası ilə görüşəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb. Qarşıdakı günlərdə müqavilənin detalları bəlli olacaq.
“Milan” klubunun direktoru Massara futbolçunun gələcəyi barədə bu sözləri deyib: “Yeni sözləşmə imzalayacağımıza əminik”.
Qeyd edək ki, portuqaliyalı futbolçunun klubla müqaviləsinin müddəti 2024-cü ilə qədərdir. Rafaelin satış qiyməti isə 150 milyon avrodur.
Follow @7timesaz