Dünya

Estoniya parlamenti Rusiyanı terrorçu ölkə kimi tanıdı

Estoniya parlamenti Rusiyanı terrorçu ölkə kimi tanıdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya parlamenti Rusiyanı terrorçu rejimli ölkə elan edib.

7Times.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında dərc olunmuş bəyanatda deyilir.

“Bu gün parlamentdə Ukrayna ərazisinin ilhaqını pisləyən və Rusiya rejimini terrorçu elan edən bəyanat qəbul edib”, – mesajda deyilir.

Estoniya Ukrayna ərazisində təcavüz və saxta referendumlar nəticəsində Ukraynanın ərazi bütövlüyünün pozulmasını heç vaxt tanımayacaq və işğalçılıq cinayətində təqsirli olan şəxslərə qarşı hüquqi prosedurların aparılmasını zəruri hesab edir.