Maqazin

Tünzalə Ağayeva qızının həyatından DANIŞDI: “Ləyaqətini üstün tutsun…” – FOTO

Tünzalə Ağayeva qızının həyatından DANIŞDI: “Ləyaqətini üstün tutsun…” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəyanəti bağışlamaram. Hamı kimi… Xəyanət gördüyüm insan, tərəfi dərhal kəsib atıram. İzahatı verilmədən! Mən də xəyanətə məruz qalmışam. Başımı yastığa rahat qoyuram. Çünki kimsəyə xəyanət etməmişəm”. 

7Times.az xəbər verir ki, bunu MTV-nin “Səhərin səsi” proqramında qonaq olan Xalq artisti Tünzalə Ağayeva deyib.

Xalq artisti qızı Fidan haqqında söz açıb:

“Öz uşaqlarımızın həyatını uğurlu görmək istəyirik. Analar, qızlar qəribə əlaqədə olur. Bəzən ananın taleyini qız daşıyır. Hər zaman çalışmışam ki, özümdəki boşluqlar barədə qızıma məlumat verirəm. Ona başa salmışam ki, ləyaqətini üstün tutsun.

Tez təsir altına düşən qız deyil, xarakterlidir. Hətta sözümüz də üst-üstə düşmür. Məndən örnəklər götürür. Eləcə də demişəm ki, sənin qarşına çıxacaq şəxslə xoşbəxt olmağa əmin olmalısan.

Qızıma heç qadağalar qoymamışam. Onun yaşına xas olmayan hərəkətlər edərsə, bunu söyləyərəm. Hər zaman sərbəst olub. 7 ildir İstanbulda yaşayır. Özü təəccüblənmişdi ki, tək övladınam, necə xaricdə oxumağa icazə verirsən.

Qızıma bir söz vermişdim, amma yerinə yetirmədim. Demişdim ki, hər ay yanına gedəcəm. Amma alınmır. Qızıma demişəm ki, təqaüdə çıxanda yanına gələcəm”.

Yenisabah.az