Bakının Nizami rayonunda ağır yol qəzası qeydə alınıb.
APA xəbər verir ki, hadisə Mikayıl Əliyev və Babək prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Mirzəbəyov Çingiz Altay oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə Mikayıl Əliyev küçəsindən Babək prospektinə keçmək istəyib.
Bu zaman 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Məhərrəm oğlu idarəetməsində olan “Hyundai” markalı nəqliyyat vasitəsilə yüksək sürətlə “Toyota”-ya çırpılıb.
“Toyota” markalı nəqliyyat vasitəsi yol kənarında təmir sexinin ərazisindəki “Chevrolet” markalı avtomobilin üstünə düşüb.
İdarəetmədən çıxan “Hyundai” təmir sexinin ərazisinə aşıb.
Qəza nəticəsində sürücülər Ç.Mirzəbəyov, V.Əhmədov o cümlədən “Hyundai”-da olan sərnişinlər 1991-ci il təvəllüdlü Cəlilov Hüseynpaşa Rasim oğlu, 1993-cü il təvəllüdlü Daşdəmirov Şəhriyar Xanlar oğlu və 1993-cü il təvəllüdlü Əliyev Faiq Əliheydər oğlu ağır bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə 3 nömrəli xəstəxanaya yerləşdirilib. Yaralılardan Ç.Mirzəbəyovun vəziyyəti daha ağır qiymətləndirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Qəza nəticəsində deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.
Follow @7timesaz