Dünya

İranın Azərbaycanın “acığına” olan “dəli” layihəsi…

İranın Azərbaycanın “acığına” olan “dəli” layihəsi…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nə Ermənistanın, nə də İranın bu vəsaiti xərcələmək imkanı və həvəsi var.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İranın “Fars körfəzi-Qara dəniz dəhlizi” müzakirələri haqda danışarkən bildirib.

“Bu çox bahalı layihədir. Söhbət bir neçə milyard dollardan gedir. İrana qarşı olan sanksiyalar səbəbindən İranın iştirakçısı olduğu transmilli layihələrə heç bir beynəlxalq maliyyə qurumu maliyyə ayırmaz. Buna görə də bu xərci İran özü çəkməlidir. Sanksiyalar altında olan İran isə bu qədər böyük vəsaiti rentabelliyi şübhəli olan layihəyə xərcləməsi dəlilik olardı”, – ekspert qeyd edib.

N.Cəfərlinin sözlərinə görə, bu lahiyənin alternativi var:

“Azərbaycan üzərindən Gürcüstana, ordan isə Qara dənizə və yaxud da Türkiyəyə keçən hazır yollar var. Bu yolları birləşdirmək lazımdır. İran Azərbaycana və Türkiyəyə acıq olsun deyə, Fars körfəzindən Ermənistan vasitəsilə Qara dənizə çıxmaq haqda düşünür. Əgər bu baş tutsa, uduzan yenə İran olacaq. Çünki gələcəkdə Zəngəzur dəhlizinin açılması bölgədəki bütün ölkələrin infrastrukturunu bir-birinə birləşdirəcək. Və buna az bir vəsait lazım olacaq. İrandan Ermənistana ümumiyyətlə dəmir yolu yoxdur. Ermənistanla Gürcüstanı birləşdirən dəmir yolları ilə bağlı isə coğrafi relyeflərdə ciddi problemlər var. Bu səbəblərdən yaxın zamanlarda İranın belə bir layihəni gerçəkləşdirə bilməsi mümkün deyil”.