Biz qadınlar qocalmağı qəbul etmirik. İstənilən vaxt, hər yerdə gənc görünməyi sevirik. Bəs biz qadınları qoca göstərən nələrdir? Bu tövsiyələrə əməl edərək hər zaman gənc qala bilərsiniz.
Sizi asanlıqla yaşlı göstərə biləcək bir neçə dəb səhvinin olduğunu bilirdinizmi?
7Times.az səkkiz dəb səhvinin siyahısını təqdim edir.
1. TAM QARA Geyim
Qara rəng sizi olduqca solğun göstərə bilər ki, bu da insanların avtomatik olaraq yaşınızın daha çox olduğunu düşünmələrinə səbəb olur. Qara paltarı bəzi rənglərlə kombin edin və bunun daha gözəl və gənc görünüş verdiyini görəcəksiniz.
2. BÖYÜK AKSESSUARLAR (Xüsusən Mirvari)
İri zinət əşyaları hazırda dəbdə deyil. Bunun əvəzinə insanlar getdikcə daha kiçik, gözə dəyməyən zinət əşyalarına üstünlük verirlər. Zərgərlik məmulatlarının bütün görünüşünüzü ələ keçirməsinə icazə verməyin. Geyiminizi gözəl göstərən əlavə aksessuar olması kifayətdir. Kiçik zinət əşyaları sizi nəinki daha dəbli edir, həm də bir az gənc göstərir. Əlavə məsləhət: mirvarilərdən qaçın, çünki onlar paltarı tez köhnəlmiş kimi göstərirlər.
3. QƏHVƏVİ CORABLAR VƏ YA LASİNLƏR
Lasin və ya corablar həqiqətən bir çox paltarları tamamlaya bilər. Qəhvəyi lasinlər, xüsusən də öz dəri tonunuzdan bir az tünd rəngdədirsə, çox vulqar görüntü yaradacaq.
4. QARA GÖZ MAKYAJI
Tamamilə qara paltar kimi, tamamilə qara makiyaj da sizi solğun göstərə bilər. Qalın qara göz layneri yalnız qırışlarınızı vurğulayacaq. Göz makiyajında qəhvəyi, zeytun yaşılı və ya boz tonlara üstünlük vermək daha yaxşı olardı. Bu nəinki gözlərinizi daha gözəl, həm də sizi daha gənc göstərəcək.
5. ÇİÇƏKLİ PALTARLAR
Maraqlı kəsimi olan paltarlara qarşı deyilik, amma bunu qaydasında etmək lazımdır. Naxışlı və ya çox bəzəkli bir şeyi sakit , tək rəng bir geyimlə birləşdirərək çox havalı ola bilərsiniz. Çiçək naxışlı paltarlara xüsusi diqqət yetirin: əgər onlar çox genişdirsə, nənələrə bənzəyəcəksiniz. Odur ki, bədəninizə uyğun paltar seçin.
6. UZUN ƏTƏKLƏR
Uzun ətəkləri yanlış ayaqqabı və ya üst paltarla birləşdirmək olduqca pis görünür. Dar bir top və gözəl bir cüt dabanlı ayaqqabı seçməklə pis görüntüdən xilas ola bilərsiniz.
7. İPƏK ŞARF
İpək şərflər boynunuzdakı qırışları və xəttləri gizlətmək üçün yararlıdır. Amma bu həm də üst bədəninizi daha uzun göstərir və geyiminizi gözə çarpdırır. Yaşlı görünmək istəmirsinizsə, olmaz. Buna görə də, ipək şarflar şkafda daha yaxşı qalır.
8. TÜND POMADA
Tünd göz makiyajından əlavə, gənc görünmək istəyirsinizsə, tünd pomada da yaxşı fikir deyil. Bu nəinki lazımsız diqqəti cəlb edir, həm də sizi yaşlı göstərir. Buna görə də dodaqlarınızda neytral və ya açıq kölgə seçsəniz daha yaxşı olar.
Sfera.az
Follow @7timesaz