Dünya birjalarında neft qiymətləri artıb.
7Times.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 1,21% və ya 1,12 dollar artaraq 1 barelə görə 93.50 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,64% və ya 0,54 dollar artaraq 85.05 dollar təşkil edib.
Follow @7timesaz