Maqazin

“Digər aparıcılardan fərqli olaraq mənə şou-biznesin nə yeyib içdiyi maraqlı deyil…”

“Digər aparıcılardan fərqli olaraq mənə şou-biznesin nə yeyib içdiyi maraqlı deyil…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Özümə qoyduğum qadağalar var”
“Mən nəinki efirdə, həyatda da mədəniyyəti qoruyub saxlayıram. Bilirəm ki, hara qədər nəyi demək olar, hardan sonra nəyi demək olmaz. Bu gün də belədir, o illərdə də belə idi, sabah da belə olacaq. Digər aparıcılardan fərqli olaraq mənə şou-biznesin nə yeyib içdiyi, onların başına gələn hansısa hadisə maraqlı deyil. Mənə balaca bir toxum bəsdir ki, onların üstündə öz hekayəmi yaradım”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib. O daha sonra həyat yoldaşı, prodüsser Oqtay Əliyevin ona hər zaman dəstək olduğunu deyib.
“Arzularımı imkanlarım daxilində qurmağı bacaran insanam. Düşünürəm ki, bu camiyənin içində filan şey maraqlı görünə bilər, təbii ki, bu zaman Oqtayın ilk işi mənə dəstək olmaqdır. Bu onda elə gözəl alınır ki. Bir-birimizdə gözəl xarakterləri, gözəlliklə gördükcə bir-birimizə daha çox bağlanırıq, ehtiyac duyuruq. Oqtay mənim bu dünyada yeganə güvəndiyim, mənə hər şeyi bəxş edəcək insandır” deyə aktrisa bildirib.
Aktrisa sənətdə özünə qadağalar qoyduğunu bildirib.
“Komediya ciddi janrdır. Mən ciddi işlə məşğul olmağı daha çox sevirəm. Tamaşaçı məni dram əsərlərində, faciədə çox da rahat həzm etmir. Daha çox komediyada qəbul edir. Mən də bunu sevirəm. Aktyoru hər hansısa çərçivəyə salmaq da doğru deyil. Mən qadağaları sevmirəm, yaxşısı budur ki, mən özüm deyim ki, filan şeyi istəmirəm. Amma özümə qadağa qoyduğum nüanslar var. Məsələn, hər hansısa zərərli vərdişi olan qadını oynamaq istəmərəm. Daha çox açıq-saçıq səhnələrdə oynamaram. Bu mənə maraqlı deyil. Hər mühiti, düşüncə tərzini nəzərə alıb, hər zaman düşünmüşəm ki, mənim üçün bu mühitdə həmin xarakterləri oynamaq qəti qadağandır” deyə aktrisa bildirib.