Azərbaycan millisinin çalışdırıcısı Canni De Byaziyə 3 baş məşqçi təklifi gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə 66 yaşlı mütəxəssis “Tribalfootball” nəşrinə açıqlayıb. O, Azərbaycan yığmasına baş məşqçilik etmək istədiyi üçün bu təklifləri geri çevirib:
“Bəli, başqa 3 təklifim də var idi. Biri digər milli komandadan, ikisi isə İtaliya klublarından gəlmişdi. Lakin AVRO-2024-ün seçmə mərhələsi ərəfəsində Azərbaycan millisinə baş məşqçilik etmək istədim. Bu püşkatmada Albaniya kimi şanslı deyildik. Daha əvvəl də bu, Albaniya millisinin baş məşqçisi olduğum zaman Avro-2016-nın püşkatma mərasimində başıma gəlmişdi. Çox çətin qrupa düşmüşdük və əsas mərhələyə vəsiqə qazana bilmişdik. Ümid edirəm ki, bu dəfə də eyni şeyi bacaracağam. Amma buna nail olmaq çox çətin olacaq. Düşünürəm ki, Azərbaycan millisi üçün bütün matçlar çox çətin olur. Belçika böyük ulduzları olan, FİFA reytinqində birinci yerdə komandadır. Yüksək səviyyəli futbolçuları var. İsveç haqqında düşünürəm ki, bu, Avropanın ən yaxşı liqalarında oynayan futbolçulara sahib, fiziki cəhətdən çox güclü bir komandadır. Avstriyaya gəlincə, yığma təkcə David Alaba deyil, həm də Bundesliqada oynayan digər futbolçulardan ibarət çox güclü komandadır. Bizik futbolçularımızın çoxu yerli çempionatda oynayırlar. Ona görə də bu, komandamız üçün çox çətindir”.
Qeyd edək ki, oktyabrın 4-də Canni de Byazinin Azərbaycan millisi ilə müqaviləsinin müddəti növbəti seçmə mərhələ müddətinə qədər uzadılıb.
Follow @7timesaz