“Qadını xoşbəxt etmək çətin deyil, onlar diqqət istəyir. Öz ananı sevdiyin kimi həmin qadını istəsən, o sənin hər zaman qulluğunda hazır olacaq”.
7Times.az xəbər verir ki, bu sözləri görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə “Açıq söhbət” verilişində deyib.
O, ailədə yaranan problemlərə görə kişiləri günahlandırıb:
“Bəylər evlənənə qədər qadının arxasınca sürünür, ailə qurduqdan sonra diqqət azalır. Günah qadında deyil. Qadını pis yola çəkən kişidir. Kişilər kişi olsalar, qadınlarımız pis yola getməzlər”.
///axşam.az
Follow @7timesaz