Bakıda qadın ərtinin xəyanət etdiyini öyrənincə ilginc addım atıb.
7Times.az xəbər verir ki, o, ərinin görüşdüyü qadının kimliyini və harada yaşadığını müəyyən etmək üçün bir müddət özünü baş verənlərdən xəbərsiz kimi göstərib. Həyat yoldaşını izləyən qadın, onu iş adı ilə çıxıb tez-tez getdiyi evin ünvanını dəqiqləşdirib.
Ərinin xəyanətindən çılğına dönən gəlin, xəbərsiz şəkildə həyat yoldaşının görüşdüyü qadının evinə gedib. Ünvana çatanda qapının açıq olduğunu görən qadın evə daxil olanda həyat yoldaşının sevgilisi ilə qarşılaşıb.
Çılğına dönən qadın telefonunun kamerası ilə həmin şəxslə davasını çəkməyə də macal tapıb. “Ailəmi dağıtdın” deyərək qışqıran qadının çəkdiklərini təqdim edirik:Milli.Az