Fransanın “Le Parisien” qəzeti Kilian Mbappenin PSJ klubu ilə imzaladığı 3 illik müqavilənin detallarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Mbappe müqaviləsinin sonuna kimi PSJ-də qalsa futbol tarixinin ən bahalı müqaviləsinin sahibi olacaq. Məlumata görə, Mbappe illik 72 milyon avro məvacib alacaq. Bundan əlavə, Mbappeyə 180 milyon avro dəyərində imza pulu veriləcək. Həmçinin, Mbappe 1 il PSJ-də qalırsa əlavə 70 milyon avro, iki il qalarsa 80 milyon avro, 3 il qalarsa daha 90 milyon avro qazanacaq. Ümumilikdə isə Mbppe müqavilənin yekununda 630 milyon avro qazanacaq.
Qeyd edək ki, Messi 2017-ci ildə “Barselona” ilə oxşar şərtlərlə müqaviləsini yeniləyərək 550 milyon avro qazanmışdı.
Follow @7timesaz