Qazaxda 25 yaşlı oğlan bıçaqlanıb.
7times.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, rayon sakini 2002-ci il təvəllüdlü Əli Məmmədov həmyerlisi 1997-cu il təvəllüdlü Elşən Rəfiyevi şəxsi münasibətlər zəmnində bıçaqlayıb. Hadisə Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toy məclisində qeydə alınıb. Burada qonaqlar arasında mübahisə baş verib. Toya gələn qonaqlar, şəhər sakini 25 yaşlı Elmar Elşən oğlu Rəfiyev və 20 yaşlı Əli Məmmədov arasında mahnı sifarişi üstündə mübahisə yaranıb.
Mübahisə getdikcə böyüyüb və nəticədə E. Rəfiyev qarnından bıçaqlanıb.
Follow @7timesaz