Dünya

İsrail prezidenti Ukraynada olan İran PUA-larının fotosunu göstərdi

İsrail prezidenti Ukraynada olan İran PUA-larının fotosunu göstərdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da səfərdə olan İsrail prezidenti İsxak Hersoq İranın pilotsuz uçuş aparatlarının (PUA) Ukraynada istifadəsini təsdiqləyən fotoşəkilləri təqdim edib.

7Times.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İran Ukraynaya qarşı müharibə üçün pilotsuz uçuş aparatları verdiyini qəti şəkildə təkzib edib. Mən sizə və İran PUA-larının Ukraynadakı müharibədə iştirak etdiyini açıq şəkildə sübut edən iki slayd göstərəcəyəm. Onlar geniş miqyasda təxribat törətmək üçün nəzərdə tutulmuş bu kamikadze dronlardan istifadə edərək bütün Ukraynada hücumlar həyata keçirirlər”,- deyə İsrail prezidenti bildirib.

Birinci slaydda iki cüt fotoşəkil göstərilib.

Onlardan birində İrana məxsus “Şahed-136” PUA-ları, digərində isə Ukraynada tapıldığı iddia edilən Rusiyaya məxsus “Geran-2” PUA-ları göstərilib.

İkinci slaydda daha iki fotoşəkil olub.

Ehtimal edilir ki, “Şahed-136” PUA-nın mühərriki Ukraynada çəkilib.

Onun sözlərinə görə, bu, Ukraynadakı döyüşlərdə İran texnologiyasından istifadə olunur.

“Bu, gizli kəşfiyyat məlumatları aysberqin görünən hissəsidir. Etiraf etməliyik: İran Ukraynadakı müharibədə iştirak edir, Ukrayna xalqına qarşı böyük cinayətlərə səbəb olur”, – deyə İsrail prezidenti bildirib.