Maqazin

Özcanın Bakı konsertindəki sözləri DİQQƏT ÇƏKDİ: “Haram etdim…” – VİDEO

Özcanın Bakı konsertindəki sözləri DİQQƏT ÇƏKDİ: “Haram etdim…” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arvadı Feyza Aktanla qalmaqallı şəkildə ayrılan Özcan Deniz Bakı konsertindəki sözləri ilə diqqət çəkib.

Sənətçi ifası zamanı “Nasip değilmiş” mahnısının “Sənə haqqımı halal etdim” sözlərini “haram etdim”, – deyə, dəyişərək oxuyub.

Daha sonra o, fikirlərinə belə davam edib:

“Dərd çəkərək xoşbəxt olan insanların həyatından çıxarkən “haqqım halal olsun, Allaha yaxın, məndən uzaq ol”, – deyirsiniz, düz edirsiniz. Sizə yaxşı olmayan insanlardan uzaq durun. Nə qədər pis bir şeydir, eşq yaşa, həyatını ver, xatirələrin olsun, ömrünü ona həsr et, sonra elə bir an gəlsin ki, “get, məndən uzaq dur” deyəsən, çox pisdir”.

Qeyd edək ki, Feyza Özcanın ona şiddət göstərdiyini iddia edib. 2018-ci ildə nikah masasına oturan cütlük 15 ay evli qalıb. Onların bu münasibətdən Kuzey adlı oğlu var. Müğənni F. Aktanla yaşadığı problemli boşanma prosesindən sonra özündən 26 yaş kiçik modelyer Samar Dadqarla eşq yaşamağa başlayıb.