Dünya

“Qarşıda bizi ikinci dünya savaşı dönəmindən ən gözlənilməz və təhlükəli onillik gözləyir…”

“Qarşıda bizi ikinci dünya savaşı dönəmindən ən gözlənilməz və təhlükəli onillik gözləyir…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Putin yenidən “xüsusi əməliyyat”ın səbəblərindən danışıb və məkrli Qərbi tənqid edib: “Necə də rəzil günə qalıblar”
“Qərb, ümumiyyətlə, heç bir qayda olmadan yaşamaq istəyir…”
“Qərbin dominantlığı bitir, birqütblü dünya keçmişdə qalır…”
“Rusiya heç vaxt nüvə silahının tətbiq edilməsinin mümkünlüyündən danışmayıb, biz opponentlərimizin hücumlarına eyhamla cavab vermişik…”
“Yalnız Rusiya Ukraynanın dövlətçiliyi, siverenliyi və ərazi bütövlüyünün yeganə qarantı ola bilər…”
Bu gün Rusiya prezidenti Vladimir Putin hər il Rusiyada keçirilən forumda- “Valday” Beynəlxalq diskusiya klubunun XIX iclasının plenar sessiyasında çıxış edib.
Bu ilin mövzusu “Dünya hegemonluqdan sonra: hamı üçün ədalət və təhlükəsizlik” olub.
Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Diskusiyanı açaraq, Putin müasir dünya düzəninin ədalətsizliyi, dünya təsisatlarının deqradasiyası və beynəlxalq hüquq anlayışının təhrif edilməsi məsələlərinə toxunub.
Onun sözlərinə görə, hazırda Qərb, “ümumiyyətlə, heç bir qayda olmadan” yaşamaq istəyir.
“Üzdəniraq inkişaf etmiş demokratiya ölkələri boykotlar, sanksiyalar, rəngli inqilablar, müxtəlif növ çevrilişlər törədir. Onlardan biri Ukraynada 2014-cü ildə faciəli nəticələrə gətirib çıxarıb. Çevrilişə dəstək verdilər və hətta buna nə qədər pul xərclədiklərini dedilər. Necə də rəzil günə qalıblar”, – Putin deyib.
O, vurğulayıb ki, Qərb ölkələrinin “özünün qüsursuzluğuna inamı çox təhlükəli haldır, bu, onların xoşuna gəlmədiklərinin məhv edilməsinədək bircə addım deməkdir”.
“Filosof Zinovyev hələ 20 il öncə deyib ki, Qərbin sağ qalması üçün bəşəriyyətin bütün resursları tələb olunur. Onlar heç nədən utanmırlar. Ukraynada çevriliş törədib, İran generalını öldürüb. Bu nə deməkdir ki?”, – Rusiya prezidenti deyib.
Putin bəyan edib ki, Qərbin dominantlığı bitir, birqütblü dünya keçmişdə qalır. Qarşıda bizi “ikinci dünya müharibəsi zamanlarından” ən gözlənilməz və təhlükəli onillik gözləyir.
Ukraynadakı müharibədən danışarkən, Putin “xüsusi əməliyyat” barədə tezisi təkrarlayıb və bunu Rusiyaya labüd hücumun qarşısının alınması kimi dəyərləndirib.
“Qərb kuratorlarının dəstəyi ilə Kiyev rejimi açıq şəkildə Minsk razılaşmalarından imtina edib. NATO-nun genişləndirilməsi Rusiya üçün qəbuledilməz olub, bizim bu fikrimizi çatdırmaq cəhdlərimiz görməzdən gəlinib, bizi, sadəcə, rədd ediblər, – Putin deyib.
O, deyib ki, Rusiya Ukraynanın şərqində tamınmayan separatçı respublikaları qorumaq, eyni zamanda, onları “öz tərkibinə qatmaq” istəyib.
Bununla da Putin faktiki olaraq etiraf edib: Rusiya müharibəni Ukrayna ərazisinin bir hissəsini qoparmaq üçün başlayıb.
Onun sözlərinə görə, “DXR” və “LXR”-in müstəqilliklərini tanımaq kifayət olmayıb.
“Biz onları Rusiyanın tərkibinə qatmalı idik, lakin Kiyev atəşləri davam edib yeni hərbi əməliyyat hazırlayardı. Biz gözləməliydik?”, – Putin ritorik sual edib.
O, bəyan edib ki, yalnız Rusiya “Ukraynanın dövlətçiliyi, suverenliyi və ərazi bütövlüyünün yeganə qarantı ola bilər”.
Bu zaman o, qeyd edib ki, bu müharibədə mülki müharibənin əlamətləri var, çünki, onun sözlərinə görə, rusiyalılar və ukraynalılar “bir xalqdır”.
Putin bəyan edib ki, Rusiya Ukraynada nüvə silahı tətbiq etməyi planlaşdırmır. Bu sözlər Putinin şəxsən rəhbərlik etdiyi Rusiyanın strateji nüvə qüvvələrinin təlimindən bir gün sonra səsləndirilib.
“Rusiya heç vaxt nüvə silahının tətbiq edilməsinin mümkünlüyündən danışmayıb, yalnız opponentlərin hücumlarına eyhamla cavab verib”, – o, deyib.
Putinin çıxışından öncə Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya prezidentinin nitqini “yəqin ki, günlərlə təhlil etmək, öyrənmək, oxumaq və yenidən oxumaq lazım gələcək”.