Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “Polat Alemdar” obrazını canlandıran türkiyəli aktyor Necati Şaşmaz xəstəxanaya aparılıb.
Onun infarkt keçirdiyi və reanimasiyada olduğu iddia edilib.
Lakin sənətçi və yazıçı Onur Akay Şaşmazın sağlamlığı ilə bağlı ən son məlumatları paylaşıb. Onun sözlərinə görə, Necati Şaşmaz reanimasiyada deyil.
“Necati Şaşmaz sinə ağrısı, sol qolunda ağrı və uyuşma kimi şikayətlərlə xəstəxanaya müraciət edib. Ona damar açma əməliyyatı edilib. Koronar arteriya xəstəliyi olaraq bilinən ürək damarlarında tıxanıqlıq diaqnozu qoyulub. Əməliyyat uzun çəkməyib və Şaşmaz qısa zamanda xəstəxanadan buraxılıb”, – deyə o qeyd edib.
Onur Akay bildirib ki, aktyor hazırda evdə dincəlir və səhhəti çox yaxşıdır.
“Ona sağlam qidalanma və müntəzəm məşq kimi həyat tərzi tövsiyə edilib”, – deyə Akay əlavə edib.
Follow @7timesaz