Dünya

Şənlikdə FACİƏ: 146 nəfər öldü

Şənlikdə FACİƏ: 146 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə 120 nəfər ölüb.

7times.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 100 nəfərin xəsarət aldığı bildirilir.

Prezident Yun Sok Yol və baş nazir Han Dok Su həkimləri lazımi yardım göstərməyə çağırıblar.

Hadisə ilə bağlı paytaxt meri O Se Xun Avropaya səfərini yarımçıq qoymaq qərarına gəlib.

Bundan əlavə, Yun Sok Yol hadisə ilə əlaqədar təcili iclas keçirib.

Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.