Bakı Sağlaamlıq Mərkəzinin zirzəmisindəki yanğında istifadəyə yararsız plastik əşyalar 50 kvadratmetr ərazidə yanıb.
7times.az xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, tüstülənmənin binada olan insanlara təsiri nəzərə alınaraq təxliyə prosesi həyata keçirilib.
“Ümumilkdə xəstəxanada 57 nəfər işçi olub. 14-ü azyaşlı olmaqla 73 nəfər müalicə alan pasiyentlər təxliyyə olunub. Yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb”,- deyə Əkbər Novruzov bildirib.
Qurum rəsmisinin sözlərinə görə, yanğının söndürülmsəinə 70 nəfər şəxsi heyyət 14 texnika cəlb olunmuşdur.
Follow @7timesaz