İdman

Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb

Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

“Report”un əldə etdiyi məlumata görə, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Qeyd edək ki, noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.