Ötən gün “Valday” qrupunun toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında aparılan sülh prosesi barədə bir sıra açıqlamalar verib.
7times.az xəbər verir ki, Rusiya prezidentinin səsləndirdiyi fikirləri şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Soçi görüşü öncəsi Putin “Valday” diskussiya klubunda sülhə qarşı olduğu mövqeyini ortaya qoymaqla belə bir görüşün əhəmiyyətini azaltdı.
“Rusiyanın siyasi mövqeyi bəlli olduğu üçün Soçi görüşündən müsbət nəticə olmayacaq. Vaşinqtonun dəstəyi ilə Brüssel formatında aparılan danışıqlara Nikol Paşinyan da üstünlük verir. Bizim üçün məqbul məhz Brüssel formatıdır. Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında o zaman razı olacaq ki, Qarabağın yekun statusu sonraya saxlanılsın. Prezident İlham Əliyev Xankəndini Bakıya mütləq tabe edəcək. Bunun alternativi yoxdur”.
Putin bildirib ki, “Vaşinqton variant” Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. Onun “əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik”, – sözlərində narazı ton açıq hiss olunur.
7times.az
Follow @7timesaz