Müğənni Günay İbrahimli “Özəl” proqramına qonaq olub.
7Times.az xəbər verir ki, müğənni verilişdə bəzi açıqlamalar verib. Belə ki, Günay aparıcı Kazım Sübhanın “İllər əvvəl dedin ki, Aygün Kazımova, Röya Ayxandan sonra mənəm” sözlərinə, “Bir insanın məqsədi yoxdursa, uğur qazanmaz. Bir şeyi ürəkdən istəyəndə, olacaq. Hər şeyin zamanı var. Hər zaman məqsədli olmuşam. Butik arzulayırdım, oldu. İndi arzulayıram ki, gözəl bir ailə həyatım olsun. O da olacaq. Karyeramda yaxşı yerdəyəm, biznesimi qurdum”, – deyə cavab verib.
Follow @7timesaz