“Fənərbağça” qış transfer dönəmi üçün indidən hərəkətə keçib.
7Times.az “Aspor”a istinadən xəbər verir ki, baş məşqçi Jorje Jesus hücum xətti üçün İngiltərə Premyer Liqasında futbolçu istəyib. 68 yaşlı mütəxəssis rəhbərlikdən “Mançester Yunayted”in ulduzu Antoni Marsialı tələb edib. 26 yaşlı forvard menecerlər tərəfindən təklif olunub, “sarı-lacivərtlər” isə mümkün keçidi üçün hərəkətə keçib.
Bundan əlavə, fransalı hücumçunun Türkiyədə çıxış etməyə müsbət yanaşdığı bildirilir. Yaxın günlərdə tərəflər arasında görüşlərin keçiriləcəyi gözlənilir. İstanbul təmsilçisi Marsialı icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Satış qiyməti 16 milyon avro olan Antoni Marsial cari mövsüm “qırmızı şeytanlar”la 4 oyuna çıxıb, 3 qol və 2 assistlə imza atıb.
Follow @7timesaz