Soçidə 31 oktyabrda keçirilən üçtərəfli görüşlə bağlı “Ъ”-nın xüsusi müxbiri Andrey Kolesnikov xüsusi məqamlara diqqət çəkən reportaj hazırlayıb.
7Times.az xəbər verir ki, o, hər iki liderin daha az heyətlə görüşə gəldiyini vurğulayıb.
“Baş nazir Paşinyanda “fövqəladə kompakt” heyətlə gəlmişdi. Görünür, hər şeydən əvvəl yalnız özünə güvənir. Görəsən, bütün problemlər bundan irəli gəlmir ki?
Hətta jurnalistlər – cəmi 3 nəfər idi. Yalnız şəxsi media: fotoqraf, operator və səs operatoru. Bu situasiyada səs operatoru Paşinyanın nəyinə lazım idi, anlaşılmazdır. Çünki səsi protokola əsasən rusiyalı mütəxəssislər nizamlayırdılar”, – o bildirib.
O qeyd edib ki, Azərbaycan nümayəndə heyətində 14 jurnalist vardı:
“Yeri gəlmişkən, müharibə məhz bu cür qazanılır – həm də informasiya savaşı: “ona görə” yox, “hər şeydən öncə”…
Nikol Paşinyan isə bu danışıqlardan əvvəl hücuma hazırlıq işini öz üzərinə götürmüşdü. Soçi görüşündən öncə KTMT-nin iclasını çağırmışdı. Bildiyiniz kimi, Azərbaycandan fərqli olaraq, Ermənistan KTMT üzvüdür”.
Kolesnikov Paşinyanın bu təşəbbüsünün Belarus lideri Lukaşenko tərəfindən məhv edildiyini vurğulayıb. Belə ki, Lukaşenko canlı nümayiş edilən hissədə olduğu kimi, qapalı danışıqlarda da Paşinyanı danlayıb.
Jurnalistin fikrincə, əslində Lukaşenkonun dili ilə Putin özü danışıb. Çünki Putinin belə məqamlarda susması ilk dəfə deyil – onun sözünü Lukaşenko səsləndirir:
“Hamıya, ilk növbədə isə Nikol Paşinyana bir daha aydın oldu ki, KTMT onun köməkçisi deyil”.
Kolesnikov Lukaşenkonun “Azərbaycana bizim adam rəhbərlik edir, ancaq sabah necə olacaq, bilmirik” deyə, Paşinyana saziş imzalamağı məsləhət görməsini xüsusi qabardıb və bunu da Putinin dili ilə dediyini qeyd edib:
“Şübhəsiz, Paşinyan anladı ki, Soçidə Prezident İlham Əliyevlə KTMT-nin yardımı olmadan “döyüşməli”, daha doğrusu, razılaşmalı olacaq. Xüsusilə ona görə ki, Putin bu müddət ərzində susdu, demək, Lukaşenko ilə tam razı idi”.
Daha sonra Ermənistan və Rusiya liderlərinin Soçidə görüşünə toxunan jurnalist Putinin KTMT toplantısını Paşinyanın təklif etdiyini “bir dəqiqə ərzində iki dəfə vurğuladığına” diqqət çəkib. Paşinyanın görüş sözlərini vərəqdən oxumasını isə “ağzından hansısa söz qaçırmaqdan qorxması” ilə izah edib:
“Amma Nikol Paşinyan çıxışında yenə də çaşdı. Əvvəlcə o, dedi ki, bu, sənədin rus variantının layihəsidir, sonra isə Rusiyanın bunu, yəni öz variantını dəstəklədiyinə dair heç bir sübutun olmadığını iddia etməyə başladı.
Nikol Paşinyan bunu təbii ki, Vladimir Putinin Praqa danışıqlarına əsəbiləşməməsi üçün dedi. Erməni baş nazirinin kəndli hiyləsi oyanmışdı”.
Nikol Paşinyanın Azərbaycan Ordusunun 2021-ci il sərhədlərinə qayıtması da daxil olmaqla, digər tələblərinə gəlincə, jurnalist qeyd edib:
“Bu yerdə Lukaşenkonun yeri görünürdü…”
Nikol Paşinyanın nala-mıxa vurmasını qabardan jurnalist İlham Əliyevi daha korrekt və dəqiq olduğunu bildirib:
“İlham Əliyev deməyə sözü olan adam təsiri bağışladı – ən azından lakonik olmasına görə. Bəli, qaliblər belə olur!”
“Putinlə İlham Əliyev danışıqlar apararkən Nikol Paşinyan pansionata dincəlməyə getmişdi. Sonra heç kəsin sezmədiyi şəkildə geri qayıtdı”, – o əlavə edib.
Follow @7timesaz