“Galatasaray” klubu Cengiz Ündəri transfer etmək üçün “Marsel” klubu ilə danışıqlar aparır.
Metbuat.az xəbər verir ki, bu barədə “Ntvspor” Fransa mediasına istinadən məlumat yayıb. Bildirilir ki, “Marsel” klubu Ündərin satılmasına razılıq verib. Klub rəhbərliyifutbolçunun satışından bir neçə milyon dollar qazanmaq niyyətindədir. Klublar arasında danışıqlar müsbət keçib. Məlumata görə, Cengiz Ündər “Marsel” klubunda əsas heyətə düşməkdə çətinlik çəkdiyinə görə, başqa kluba transfer olmağa razıdır. “Qalatasaray” klubu Cengizi transfer etmək üçün ciddi büdcə ayırıb.
Qeyd edək ki, Cengiz Ündər bu mövsüm 12 oyunda 483 dəqiqə forma geyinib və bir məhsuldar ötürmə verib.
Follow @7timesaz