Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi Rusiya Federasiyasına “taxıl müqaviləsi”nə qayıtmaq qərarına görə təşəkkür edib.
7Times.az xəbər verir ki, Kirişçi jurnalistlərə açıqlamasında deyib:
“Ərzaq tədarükünə müsbət reaksiya verdiyinə görə hörmətli cənab Putini alqışlayırıq. Təmsil etdiyimiz sektor adından iki liderə – Ərdoğan və Putinə çox minnətdarıq. Dünya yeni nəfəs aldı”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlardan və Türkiyə və Rusiya müdafiə nazirləri arasındakı müzakirələrdən sonra “taxıl dəhlizi”nin bərpasına dair razılıq əldə olunduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Rusiyanın “ərzaq sövdələşməsi”ndə iştirakını bərpa etdiyini açıqlayıb.