Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
7Times.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, söhbət bu gün, noyabrın 2-də baş tutmalıdır.
“Dünən mənim Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığım olub, bu gün də Zelenski ilə danışıqlar gözlənilir”.
Türkiyə lideri qarşıdakı danışıqların mövzusunu açıqlamayıb.
Bundan əvvəl Ərdoğan Türkiyənin müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında apardığı danışıqlardan sonra “taxıl dəhlizi”nin bərpa olunacağını açıqlamışdı.
“Çərşənbə günü saat 12:00-dan etibarən taxıl tədarükü bərpa olunacaq”, – prezident nazirlərin danışıqlarının nəticələrinə toxunaraq demişdi.
Follow @7timesaz