Dünya

Mask “Twitter” əməkdaşlarının yarısını işdən çıxarır

Mask “Twitter” əməkdaşlarının yarısını işdən çıxarırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tviter sosial şəbəkəsinin yeni baş direktoru İlon Mask şirkətdə 3700 işçini ixtisar etməyi planlaşdırır.

7Times.az  xarici KİV-lərə istinadən xəbər verir ki, bu, şirkət əməkdaşlarının yarısı deməkdir. Maskın 3700 işçini ixtisar etməkdə məqsədi isə xərcləri azaltmaqdır.

Bildirilir ki, İlon Mask şirkət əməkdaşlarına öz qərarı barədə məlumatı noyabrın 4-ü vermək istəyir.

O, bundan əvvəl şirkət əməkdaşlarının 75%-ni işindən azad edəcəyini açıqlamışdı.

Xatırladaq ki, amerikalı milyarder İlon Mask oktyabrın 28-i tviteri 44 milyard dollara alıb. Milyarder tviteri aldıqdan dərhal sonra bütün rəhbər şəxsləri istefaya göndərərək şirkətin yeganə baş direktoru olub.