Azərbaycanda 14 yaşlı qız məcburi ərə verilir.
Bu barədə 7times.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, Göyçay rayon Çərəkə kəndində 14 yaşlı qız ailəsi tərəfindən məcbur evləndirilir. Artıq toyun keçirilməsi üçün icra nümayəndəsi tərəfindən qab-qacaq da verilib.
Göyçayda 14 yaşlı qızlarını zorla ərə verən valideynlər polisə dəvət olunub. Bu barədə 7times.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov məlumat verib. Onun sözlərinə görə, qızın valideynləri polis şöbəsinə çağırılıb. Hazırda onlar şöbədə dindirilir.
7Times.az
Follow @7timesaz