Dünya

Narkotik istifadə etdiyi iddia olunan baş nazirlə bağlı QƏRAR VERİLDİ – VİDEO

Narkotik istifadə etdiyi iddia olunan baş nazirlə bağlı QƏRAR VERİLDİ – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial mediada rəqs görüntüləri yayılan Finlandiyanın Baş naziri Sanna Marin haqqında yekun qərar verilib.

7Times.az  bildirir ki, Finlandiya mülki ombudsmanının qərarına əsasən, sözügedən görüntülər Marinin rəsmi vəzifəsini təhlükəyə atdığını və baş nazir kimi öz vəzifələrinə laqeyd yanaşdığını sübut etmir. Bildirilib ki, baş nazirin asudə vaxtının keçirilməsinin mənəvi və sosial ölçüləri parlament daxilində həllini tapmalıdır.

Xatırladaq ki, bir neçə həftə bundan əvvəl sosial şəbəkələrdə baş nazirin məclisdə əyləndiyini əks etdirən videolar yayılmışdı. Sızdırılan görüntülərdə Marinin dostları ilə “dəlicəsinə” rəqs edib oxuması, insanların isə arxa planda “kokain” deyə qışqırması diqqət çəkmişdi. Finlandiyalı deputat Mikko Karna isə Marini narkotik testindən keçməyə və nəticələri ictimaiyyətə elan etməyə çağırmışdı. Bəziləri baş naziri məsuliyyətsiz hərəkət etdiyinə görə tənqid etmiş, digərləri isə bunun 36 yaşlı Marinin populyarlığını artırdığını müdafiə etmişdi.