Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
7Times.az xəbər verir ki, yarışın sonuncu – ikinci günündə mükafatçılar bəlli olacaq.
İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və Dünya yığması üz-üzə gələcək. Görüş saat 17:00-da başlayacaq. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.
Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma səbəbindən yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.
Follow @7timesaz